December 30, 2014

Azərbaycan dilinin morfoloji quruluşu



Dillər morfoloji quruluşuna görə flektiv , iltisaqi (aqqlütinativ), amorf kök dillərə ayrılır. Azərbaycan
dili də digər türk dilləri kimi iltisaqi dil qrupuna aiddir. Bu o deməkdir ki, bizim dilimizdə sözün kökü müstəqil məna kəsb edir və şəkilçi həmişə söz kökündən sonra gəlir.

Yəni Azərbaycan dilində sözün quruluşu belədir: sözün kökü+leksik şəkilçi+qrammatik şəkilçi.

Lakin bəzi alınma sözlərdə qayda pozulur. Məsələn : na-xoş, bi-vəfa tipli sözlərdə leksik şəkilçi əvvəl gəlmişdir.

Eyni zamanda milli mənşəli ev+lər+dəki , əmi+m+gil sözlərində əvvəl qrammatik şəkilçi sonra leksik şəkilçi gəlmişdir.

Burada deyilir ki, bu sözlərdə dilimizin iltisaqilik prinsipi pozulmuşdur.

İltisaqilik prinsipinin pozulması halına biz həmçinin, Bəzi ikihecalı alınma sözlərdə saitlə başlayan hal və mənsubiyyət, milli sözlərdə isəyalnızmənsubiyyət şəkilçisinin artırılması zmanı söz kökünün dəyişməsində rast gəlirik. Məsələn , fikir-- fikrin, fikrimiz, sinif- sinfə- sinfimiz,  
Milli mənşəli sözlərdə isə yalnız mənsubiyyət şəkilçisi artıran zaman sözün kökü dəyışır: beyin-beyinə-beynim,  çiyin-ciyini- çiyniniz...

2 comments: