January 6, 2015

Alınma sözlər və onların fərqləndirilməsi

Alınma sözlər və əsl Azərbaycan mənşəli sözlər
        Azərbaycan dili türk dilləri ailəsinə daxildir. Türk dilləri ilə ortaq olan sözlər əsl Azərbaycan mənşəli sözlər hesab olunur, buraya  feillər, saylar, əvəzliklər, bədən üzvlərini bildirən sözlər daxildir. Burada da istisnalar var; məsələn , milyon və milyard  sayları, mədə sözü alınma sözlərdir. İndi isə gəlin bunları daha ətraflı öyrənək.
       Alınma sözlər mənşəyinə görə iki yerə ayrılır. ərəb-fars mənşəli və rus-Avropa mənşəli. Fars-ərəb mənşəli sözlərin tarixi qədimdir. Fars mənşəli sözlər əsasən məişət və ədəbiyyat-poeziya sahəsinə aid olub daha qədim tarixə malikdir. Bu da fars-əhəməni hokmdarlığının tarixindən başlayır. Fars dilindən alınan sözlər bunları misal çəkmək olar: bahar çarpayı pəncərə paytaxt sərmayə dilbər dilarə dilruba gül bülbül və s. Ərəb istilasından sonra isə ( VIII əsrdən sonra) Azərbaycanda təhsil və elm ərəb dilində yayılırdı. Buna görədə elm və təhsil sahəsinə aid bir sıra termın və ümumişlək sözlər ərəb mənşəlidir. Həmçinin dinlə bağlı anlayışlar da ərəb dilindən gəlmişdir. Ərəb dilindən alınmış sözlərin bir xüsusiyyəti də bu sözlərin fleksiyaya uğrayaraq kökündən dəyişməsidir. Ərəb dilindən alınma sözlər bunlardan bəziləridir: islam-təslim-müsəlman, hökm-hakim-məhkəmə-məhkum, tərəf-ətraf, dərs-tədris-mədrəsə, elm-alim-müəllim-üləma, Həsən-Hüseyn-hüsn, həmd-Həmid-Mahmud-Məhəmməd və s...
       Rus-Avropa mənşəli alınma sözlər isə dilimizə XIX əsrdə etibarən daxil olmuşdur. Bu tip sözlər məzmunca qarışıqdır. Ilk olaraq elm –təhsil, idman, dəb-geyim, meyvə-tərəvəz adları və s. bağlı sözlər dilimizə gəlmişdir.

1. Ahəng qanununa tabe olmayan sözlər alınma sözlərdir. Bu qaydada isə ilan işıq ilxı ilğım inam ildirim elat quzey sözləri istisnadır. Bu sözlər əsl Azərbaycan sözləridir. Bir də mürəkkəb sözlərdə də bu məsələ fərqlidir. Belə ki, Aygün və ya günəbaxan sözlərində ahəng qanunu pozulmuşdur. Lakin bu sözlər alınma sözlər deyil

2. Tərkibində qoşa sait olan sözlər. Burada istər eynicinsli olsun,istərsə də müxtəlifcinsli sait olsun. Əgər iki sait yanaşı gələrsə bu alınma sözdür. Saat ailə radio məişət müəllim müalicə maaş inşaat .....

3. Birhecalı sözlərdə sonunda eynicinsli samitin gəlməsi. Fənn  hədd  xətt hiss tibb sirr küll ...
Təkhecalı  sözlərin sonu müxtəlifcinsli samitlərlə bitərsə bu sözlər milli sözlərimizdir: alt üst qənd kənd türk bərk ...şərq qərb hərb fərq sirk kimi bəzi sözlər də  istisnadır.
4. Azərbaycan dilində L M N R hərfləri ilə başlayan söz yoxdur. burada yalnız  nənə və mən sözləri istisnadır.
5. Tərkibində J hərfi olan istənilən  söz milli mənşəi deyil. ( Baxmayaraq ki, dialektlərimizdə bajı, ciji. gələjəm vəs. ifdələr işəldilir ).  jaket jüri jilet jalüz müjdə müjgan əjdaha ...

5 comments: