January 29, 2015

Etimologiya: Azərbaycan

Etimologiya
Etimologiya sözlərin mənşəyini daha doğrusu adlarn mənasını öyrənən elmdir. Etimologiyaya əsasən sözün mənası və necə yaranması araşdırılır və coörafi ərazidəki xalqların həyaı, tarixi öyrənilir. Məsələn Azərbaycan ərazisindəki toponimlərin öyrənilməsi tarix üçün əhəmiyyətlidir. Azərbaycan, Qarabağ, Qafqaz, Xəzər, Araz kimi toponimlərin öyrənilməsi cöx önəmlidir. 
Azərbaycan
Bu söz 4 komponentdən ibarətdir.  Az Ər Bay  və Can. Gəlin, hər komponenti ayrılıqda araşdıraq. Az qədim tayfa adıdır. Bu ada biz Azərbaycanda müxtəlif yer adlarında rast gəlirik. Əslində, Qafqaz vəXəzər adlarında “az” gizlənmışdır. Qafqaz dağlarının bir adı da “Dədə Qorqud” dastanından bildiyimiz kimi, Qazlıq dağıdır. Deməli, bu adlarda qaf-qaz qaz-lıq paralel olaraq qaz sözü vardır.  Qaz nə deməkdir? Qaz  Oğuz adının dəyişmiş variantıdır.  Bu sözü “oğuz” mənasında Qız qalası adında da görürük. Qız qalası hər hansı xanın qızının şərəfinə tikilməmişdir. Bu “Oğuz qalası”dır. Qazlıq dağı Oğuz dağı deməkdir, Quzğun dənizi Oğuz xan dənizi deməkdir. 
Xəzər sözü də rus dilində ilk hecasını saxlamışdır. Xəz //xaz//kas dəyişikliyə uğramışdır. X-q-k dəyişikliyinə başqa nümunə desək, xatun//qadın sözünü göstərə bilərik. Hətta bu sözü bəzən “kadın” deyənlər də var. 
İndi isə gəlin "Ər" sözünə nəzər salaq. Bu söz hələ də öz mənasını saxlamış və son yüzillikdə əsl mənasını dəyişən bir leksemdir. Ər igid, cəsur, qorxmaz, əsgər, döyüşçü mənasını verən bir sözdür. Bu gün söz mənasını dəyişmiş və sadəcə ailənin bir tərəfi--həyat yoldaşı anlamını verir. Lakin Ər sözü bir sıra toponimdə hələ də qalmaqdadır. Hətta Ərməniyyə yer adı kimi indiki hayların yaşadığı qədim Azərbaycan torpağı olmuşdur. (QEYD: bilməyənlərə xatırladım ki, hay -indi çoxumuzun erməni kimi xalqın adıdır. erməni isə orda yaşayan qədim yerli xalqın adı olmuşdur. Maraqlıdır ki, bütün dünya da məhz bu adla dövləti tanıyır. Amma onlar özlərini Haystan adlandırır) . Araz sözündə də Ər və Az leksemlərini aydın görmək olar. 

No comments:

Post a Comment