January 13, 2015

Fonetika

Azərbaycan dili 3 böyük bölmədən ibarətdir: fonetika, leksika və qrammatika. Qrammatika isə morfologiya və sintaksis bölmələrindən ibarətdir. Fonetika danışıq səsləri haqqında elmdir. Danışıq səsləri danışıq üzvləri vasitəsilə yaranır. Danışıq üzvləri iki yerə ayrılır: əsas və yardımçı. Əsas danışıq üzvləri səs telləri, dil və dodaqlardır. Agciyərlər, nəfəs borusu, burun boşluğu, dislər isə köməkçi danışıq üzvləridir.
Dilimizdə 32hərf, 34 səs vardır. Hərfləri yazırıq və görürük, səsləri isə deyirik və eşidirik.
Əlifba hərflərin ardıcıllığıdır. Azərbaycan əlifbasında 32hərf vardır.
Dilimizdəki səslər tələffüz şəklinə görə 2 yerə ayrılır: saitlər və samitlər. Saitlər tələffüz zamanı agız boşluğunda maneəyə rastgəlməyən səslərdir. Azərbaycan dilində 9 sait var:
A I O U E Ə İ Ö Ü
Saitlər 3 qrupda birləşir.
1) Dilin vəziyyətinə görə. dilarxası yəni qalın saitlər: A I O U
dilönü yəni incə saitlər: E Ə İ Ö Ü
2) Damağın vəziyyətinə görə. Açıq saitlər A E Ə O Ö
Qapalı saitlər I İ U Ü
3) Dodaqların vəziyyətinə görə
dodaqlanan saitlər: O U Ö Ü
dodaqlanmayan saitlər : A E Ə I İ
Samit səslər tələffüz zamanı agız boşluğunda maneəyə rast gələn səslərdir. Samitlər iki yerə ayrılır. Kar samitlər və cingiltili samitlər. Bunlar qarşılıqlı şəkildə belə yerləşir.
P  F  T
 S  Ç  Ş  K  X  [K'] [X'] H
B
 V D  Z  C  J    G  Ğ  Q    Y       -   L M N R ---.
Burda yuxarıda kar aşağıda isə qarşılıqlı şəkildə yazılıb.
[H ] kar səsinin cingiltili qarşlığı yoxdur.
L M N R cingiltili samitlərinin isə kar qarşılığı yoxdur. Bunlar sonor samitlər adlanır.
P.S. Dilimizdə l m n r hərfləri ilə başlayan milli mənşəli söz yoxdur. (Nənə və mən sözlərindən başqa)

Heca.  Heca sözlərin tələffüz zamanı asanlıqla bölünməsinə deyilir. Sözdə neçə hecanın olmasını saitlərin sayı ilə müəyyən edirik. Belə ki, sözdə neçə sait varsa o qədər də heca var. Deməli heca sözün yazılışı ilə bağlıdır , orfoqrafiyaya aiddir. Sözün sətirdən - sətrə keçırilməsi zamanı heca prinsipi əsas götürülür. Lakin təkhecalı sözlər və ya hecasında tək hərf olan sözlərdə bu fərqlidir. Sətirdən sətrə keçirmə zamanı tək hərf sətrin sonunda saxlamaq və ya təzə sətrə keçirmək olmaz. Deməli a-na, i-lan, sün-i -- tipli sözləri sətirdən sətrə keçirmək olmaz.

3 comments:

  1. Salam, saat, maaş sğzləri sətirdən sətrə kecirmi?

    ReplyDelete
  2. Harrah's Cherokee Casino & Hotel - Mapyro
    Harrah's Cherokee 의왕 출장샵 Casino & Hotel. 777 Casino 순천 출장샵 Center Drive Cherokee, NC 28719. Directions 서귀포 출장샵 · (800) 427-1000. Call 울산광역 출장안마 Now · 충주 출장샵 Full Services.

    ReplyDelete